Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

McLaren P1 eksklüziv versiya əldə etdi

“McLaren” şirkəti sportkar “P1”-in xüsusi eksklüziv versiyasını hazırladı. Avtomobilin hazırlanması ilə MSO (McLaren Special Operations) bölməsi məşğul oldu. Yenilik qara-qırmızı ban rəngi əldə etdi. Avtomobilin salonu da eyni tonda işlənib.

Modelin hibrid qurğusunun tərkibinə 3,8 litrlik V8 benzin mühərriki, litium-ionlu akkumulyatorları olan elektrik mühərriki və iki muftası olan yeddipilləli robotlaşdırılmış sürət qutusu daxildir.

Sportkarın ümumi gücü 916 a.g. təşkil edir. Avtomobil 100 km/saata 2,5 saniyəyə sürət yığır. Maksimal sürət – 350 km/saatdır. Yalnız elektrik dartı qüvvəsi ilə avtomobil 10 km-dək yol gedə bilir.

Xatırladaq ki, “McLaren” şirkətinin son premyerası sportkar – “570S” oldu. Kupenin ictimai debütü aprelin 1-i Nyu-York avtosalonunda keçirildi. Yenilik brendin model sırasında ən əlverişli avtomobil oldu. Sportkarın dizaynı “P1” və “650S” modellərini xatırladır. Avtomobil yeni “MonoCell II” platformasında düzəldilib. Alüminium və karbon lifindən aktiv istifadə sayəsində “570S” sinifində ən yüngül avtomobillərdən biri oldu – onun kütləsi 1313 kiloqramm təşkil edir.

AUTO.AZ



teqlər:
McLaren, McLaren P1 10.06.2015

Şərhlər


AD