Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

VATH tüninqində Mercedes E-Class

“VATH” atelyesi alman avtomobilini bir çox avtomobil pərəstişkarlarının arzusuna çevirə bildi. Satışdan sonrakı apqreydlər üçün bu dəfə “Mercedes-Benz” şirkətinin “E500” modeli seçildi.

Arxa ötürücülü “alman” kosmetik düzəlişlərlə yanaşı fiziki cəhətdən də gücləndirildi: alman ustaları eksteryerin və avtomobilin daxili hissələrinin də dizaynını yenilədilər.

“VATH” işçiləri arxa ötürücülü “Mercedes-Benz E500” versiyasını götürüb ilk növbədə ona quraşdırılmış turboyükləyicili 4,7 litrlik V8 kiçik mühərrik üzərində əməliyyat apardılar.

Bütün apqreydlərdən sonra benzin mühərrik standart 402 əvəzinə 542 a.g. verəcək. Avtomobilin fırlanma anı 600 Nm-dən 830 Nm-dək artıb.  Kiçik mühərrikin sahibinə 10591€-ya başa gələn bütün tamamlamalar orta ölçülü sedana 300 km/saat sürət yığmağa imkan verdi.

Əlavə məbləğə (4629 €) avtomobilə paslanmayan poladdan dörd qazçıxma borusu olan qazçıxma sistemi quraşdırıldı. Yeni arxa diffuzor avtomobil sahibinə 2011 €, qabaq oxda 390 mm-lik diskləri və 6-porşenli supportları olan əyləclər 5355 €-ya başa gələcək.

Bu “Mercedes” qabaqdan 255/30, arxadan 295/25 ölçülü R20 şinləri olan 20 düymlük firma şinləri ilə təchiz olunub. Son ştrix olaraq, “VATH” ustaları yük yerində 1761 €-ya əlverişli olan karbon spoyler quraşdırıblar.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes E-Class, Vath 09.06.2015

Şərhlər


AD