Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW yeni nəsil X1 təqdim etdi

“BMW” şirkəti krossover “X1”-in yeni nəslini təqdim etdi. Modelin ictimai debütü 2015-ci ilin sentyabrında Frankfurtda keçiriləcək. Yeniliyin Avropada satışı oktyabrda başlayacaq. Avtomobilin qiyməti daha sonra məlum olacaq.

Yeni krosover böyük radiator barmaqlığı, həmçinin xromlaşdrılmış naxışı olan qabaq bamper və fərqli baş optika əldə edib. “X1” markanın ilk qabaq ötürücülü krossoveri oldu.

“X1”-dən əvvəlki modelin mühərrikinin uzununa yerləşməsi daha kompakt və rahat köndələn tərtibatla əvəz olundu. Bu krossoverin siluetinin dəyidirilməsinə imkan verdi. Avtomobil daha qısa kapot və əyilmiş dam əldə etdi.

Bunun hesabına salonun sahəsi genişləndi. Bundan başqa, bəzi ölkələr üçün avtomobili arxa çıxıntının hesabına böyüdülmüş qabaritlərlə və üçüncü oturacaq sırası ilə təklif edəcəklər.

Avtomobilin mühərrik qammasına 2,0 litr həcmli iki benzin mühərriki daxil olub. Aqreqatların gücü 192 və 231 a.g. təşkil edir. Bundan başqa, eyni həcmli (150, 190 və 231 a.g.) üç dizel mühərriki də əlverişlidir.

Daha sonra mühərrik sırasına ibtidai səviyyəli iki aqreqat – 1,5 litrlik üçsilindrli benzin mühərriki (136 a.g.) və 116 a.g. faydalı iş əmsalı olan turbodizel də daxil olacaq.

Mühərrikdən asılı olaraq yeni nəsil “X1” altıpilləli mexaniki sürət qutusu və ya səkkizpiləli Steptronic ASQ ilə təchiz oluna bilər.

AUTO.AZ



teqlər:
BMW, BMW X1 08.06.2015

Şərhlər


AD