Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Opel yeni Astra modelini təqdim etdi

“Opel” şirkəti hetçbek “Astra”-nın yeni nəslini təqdim edib. “K” indeksi alan avtomobilin ictimai debütü bu ilin sentyabrında Frankfurtdakı avtosalonda keçiriləcək. Təqdimatdan dərhal sonra avtomobil satışa çıxarılacaq.

Yeni “Opel Astra” indiki modeldən daha kompakt və yüngüldür. Avtomobil 5 sm qısa, 2,6 sm alçaqdır, təkər bazası isə 2 sm kiçikdir. “Astra” üçün baza aqreqatı 1,0-litrlik 3-silindrli turbolaşdırılmış ECOTEC oldu.

Bu mühərrik 105 a.g verir. “Astra”-nın indiki nəsli ilkin versiyada 115-güclü atmosferli 1,6-litrlik mühərriklə təchiz edilir. Yeni hetçbeki, həmçinin 1,4-litrlik, 4-silindrli, 145 a.g. və 250 Nm fırlanma anı verən mühərriklə sifariş etmək olar.

Top versiyalar 1,6-litrlik biturbo mühərriklə təchiz ediləcək. Bu aqreqat 195 a.g. verir.

Avtomobilin mühərrik qammasına, həmçinin 95-dən 195 a.g.-ə qədər gücü olan dizel mühərriklər də daxil edilib.

AUTO.AZ



teqlər:
Opel, Opel Astra 05.06.2015

Şərhlər


AD