Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan hibrid Mercedes S500

Bu yaxınlarda “Mercedes-Benz”-in tüninqi ilə məşğul olan “Brabus” atelyesinin mütəxəssisləri növbəti yeniliklərinin sirrini açdılar – “S500 Plug-in Hybrid”.

Məşhur alman konserninin onsuz da gözəl olan modeli “Brabus B50” adlandırılıb və bir sıra dəyişikliklərə məruz qalıb. Təkmilləşdirmə mühərrikə və banın bəzi hissələrinə şamil edilib.

Avtomobilin salonunun dizaynı da yenilənib. O, indi 385 a.g. verir. Təkmilləşdirilmiş “Mercedes-Benz”-in mühərriki 550 Nm fırlanma anı verir. İndi benzin mühərriklə elektrik mühərriki birgə 493 a.g., 890 Nm fırlanma anı verir.

İndi “Brabus” 100 km/saatı 4.9 saniyəyə yığır, maksimal sürət isə 250 km/saatdır. “B50” yeni yan ətəklər, spoyler və yeni arxa diffuzor alıb. Müştərinin istəyindən asılı olaraq, “Brabus”da 19-, 20-, 21- və 22-düymlük disklər alıb.

Salon ən gözəl dəri ilə işlənib və kandar əlavəsi quraşdırılıb.

Salonda əlavə kimi, alkantaradan, ağacdan, karbon hissələrdən də istifadə edilə bilər.

AUTO.AZ



Şərhlər


AD