Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chevrolet yeni Camaro təqdim etdi

Yeni “Chevrolet Camaro” – nəhayət gəldi. “Chevrolet” onu Detroytda keçirilən xüsusi tədbirdə təqdim etdi. Altıncı nəsil “Camaro” daha yüngül, ağıllı olub və sələfindən daha çox təkmilləşdirilib.

İlk növbədə “Alpha” platformasını qeyd etməliyik, o, 90 kq yüngülləşib (1597 kq). Eyni zamanda, ikiqapılı bir qədər kiçilib (uzunluğu 4784 mm,  eni 1987 mm və hündürlüyü 1348 mm) və 28% daha sərt olub.

O, həmçinin daha aerodinamikdir. “Chevrolet”-dən bildiriblər ki, o, aerodinamik boruda ümumilikdə 350 saat qalıb. Əlbəttə, dizaynın ciddi olaraq yenilənməsini də qeyd etmək lazımdır.

Xarici görünüşü ilə tanınan “2016 Camaro” demək olar ki, hər bir cəhətdən dəyişib, bu, salona da aiddir. “Chevrolet”-dən bildiriblər ki, onlar yeni nəsil üçün 70% xüsusi komponentlər hazırlayıblar.

İndi isə texniki cəhətdən söhbət edək. Qabaq asma “MacPherson”, arxada çoxrıçaqlı və adaptiv amortizatorlar var (top versiya üçün), mühərrik qamması isə sevindirici haldır.

Sıralamanı 4-silindrli, 2 litr həcmi və 275 a.g. (400 Nm) olan mühərrik başlayır ki, onunla avtomobil 96 km/saata 6 saniyəyə çatır. Bu mühərriklə yeni “Camaro” markanın tarixində ən qənaətcilidir – 100 km məsafəyə 9.4 litr.

Bir qədər güclü variant – 3.6-litrlik 335 a.g. və 385 Nm fırlanma anı verən V6, daha güclüsü isə 6.2-litrlik 455 a.g. (617 Nm) verən V8 mühərrikləridir. Bütün hallarda sürət qutusu ya 6-pilləli mexaniki, ya da 8-diapazonlu avtomatdır.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Camaro 02.06.2015

Şərhlər


AD