Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mansory-dən Mercedes S63 AMG Coupe

Əgər işlə “Mansory” tüninq atelyesi məşğul olubsa, demək biz qeyri-adi asılqan və ya mühərrikin cardinal güclənməsini gözləyə bilərik. Çox vaxt isə bunların ikisi də olur. Lakin indiki halda avtomobilin xarici görünüşü dəyişmək qalıb.

“Mansory”-nin əvvəlki işlərini yada salaq: burada “Mercedes-Benz S 63 AMG Coupe”-nin xarici görünüşü demək olar ki, dəyişməyib. Avtomobil havaçıxıntıları olan karbon kapot, qabaq bamperdə splitter, 55 mm böyümüş qanadlar, kandarlar, arxa diffuzor və baqajın qapağında spoyler alıb.

Görünüşün effektivliyini 22-düymlük yüngüllehimli “Mansory Multispoke” təkər diskləri və aşağı profilli “Vredestein Ultrac Sessanta” şinləri tamamlayır. Salonda da bir qədər dəyişiklik olub – karbon əlavələr, alüminium pedallar, “Mansory” loqotipləri.

Lakin ən əsas dəyişiklik kapotun altında baş verib. Sadə 5.5 litrlik tvin-turbo “səkkizliy”in idarəetmə bloku yenidən tənzimlənib, şatun-porşn qrupu təkmilləşdirilib, paslanmayan poladdan qazburaxma sistemi quraşdırılıb. İndi o 585 a.g. və 900 Nm fırlanma anı əvəzinə 900 a.g. və 1300 Nm verir.

İlk yüzlüyü qət etməyə 3.3 saniyə vaxt lazımdır (0.6 saniyə tezləşib), maksimal sürət isə indi 300 km/saatdır. Avtomobilin qiyməti hələlik məlum deyil.

AUTO.AZ



Şərhlər


AD