Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW yeni şou-kar təqdim edib

İtaliyada keçirilən “Zəriflik müsabiqəsi”ndə “BMW” ötən əsrin 70-ci illərinin əfsanəvi kupesi olan “3.0 CSL” əsasında yeni şou-kar – “BMW 3.0 CSL Hommage” təqdim etdi.

Yenilik əvvəllər heç vaxt işlədilməyən şassi üzərində yığılıb. “BMW” nümayəndələrinin sözlərinə görə, avtomobil texniki cəhətdən brendin digər modellərindən fərqlənir.

“3.0 CSL Hommage” texniki göstəriciləri barədə ətraflı məlumat verilməyib.  Yalnız o məlumdur ki, kupe hibrid güc qurğusu ilə hərəkətə gətirilir. Avtomobilin banı karbondan hazırlanıb. “BMW” yeniliyin seriyalı buraxılışı barədə planlardan da danışmayıb.

Bir il əvvəl İtaliyada konsept-kar “Pininfarina Gran Lusso Coupe” təqdim edilmişdi. Üzərində bir neçə atelyenin əməyi olan avtomobil 7-ci seriyanın bazasında yığılmışdı.

Güman edilirdi ki, o, ən bahalı model olacaq. Lakin hələ də seriyaya çıxmayıb.

AUTO.AZ



teqlər:
BMW, BMW 3.0 CSL Hommage 28.05.2015

Şərhlər


AD