Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi avtopilotu olan sportkar təqdim etdi

Şanxayda keçirilən istehlakçı elektronikası sərgisində “Audi” şirkəti avtonom idarəetmə sisteminə malik ən sürətli avtomobil konsepti təqdim edib. Yenilik elektriklə işləyən kupe “R8”-in bazasında yığılıb. Avtopilot lazer skanerlərindən, videokameradan və ultrasəs sistemdən məlumat alır.

Almanlar avtonom idarəetmə sistemi ilə yanaşı, “R8 e-tron”-da “Combined Charging System” (CCS) adlandırılmış yeni yükləmə sistemi də nümayiş etdiriblər.

Onun sayəsində elektrokarın tam yüklənməsi 2 saata qədər tezləşib, akkumulyatorları doldurmaq üçün daimi və dəyişkən enerjidən də istifadə etmək olar. Tam enerji 450 km məsafəyə çatır.

Avtonom idarəetmə sistemi 2017-ci ildə seriyalı “Audi”-də olacaq. Əvvəllər bildirilirdi ki, avtopilotu olan yeni nəsil “A8” sürücüsüz 60 km/saatdan bərk getmir. Elektronika hərəkət zolağını dəyişə bilir, dayanır, dönmə işarələrini yandıra bilir və park etmək üçün yer axtara bilir.

AUTO.AZ



teqlər:
Audi, Audi R8 27.05.2015

Şərhlər


AD