Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai sedan Elantra-nı yenilədi

“Hyundai” şirkəti sedan “Elantra”-nın yenilənmiş versiyasını təqdim etdi. Yenilik ABŞ bazarına bu ay, Avropa bazarına isə bir qədər sonra çıxacaq. Model bir sıra yeniliklər və komplektasiyalar alıb.

Buna baxmayaraq, xarici görünüş dəyişilməyib. Avtomobilin “Value Edition” adlanan yeni modifikasiyası “Elantra SE” versiyasından hündür olub. Bu komplektasiyaya lükü olan dam, dönmə göstəriciləri olan güzgülər, 16-düymlük yüngüllehimli disklər daxildir.

Modifikasiyaya, həmçinin qabaq oturacaqların isidilməsi və açarsız giriş sistemi daxildir. ABŞ-da “Value Edition”-ın qiyməti 19700 dollardan başlayacaq.

Sedanın ən bahalı modifikasiyası olan “Hyundai Elantra Limited”-in də avadanlıqlar siyahısında dəyişiklik olub. Bu versiya açarsız giriş sistemi, 17-düymlük disklər, 2-zonalı klimat-kontrol alıb. Bu modelin qiyməti 21700 dollardan başlayır.

Qeyd edək ki, şirkət “Elantranın” indiki nəslinin bazasında yeni hibrid sedan yaradır. Avtomobil bu il təqdim ediləcək. Onun dünya bazarında əsas rəqibi “Toyota Prius” olacaq.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Elantra 22.05.2015

Şərhlər


AD