Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

TopCar tüninqində Porsche Macan

Rusiya tüneri “TopCar” “Porsche Macan” üçün tüninq proqramı təqdim edib. Hazırda 20 avtomobili təkmilləşdirmək mümkün olub. Onlardan biri də eksklüziv variantda “Ursa Aurum”-dur.

Avtomobil tam asma alır: qabaq və arxa bamperlər, qabaq və arxa qanadlarda əlavələr, yenilənmiş yan ətəklər, yuxarı və aşağı arxa spoylerlər, karbon diffuzor, kapot əlavələri. “Macan Ursa Aurum”-da çox yüngül ADV.1 təkər diskləri quraşdırılıb.

Eksteryerdən başqa, “TopCar” interyer üçün nadir dizayn layihəsi hazırlayıb. Görülmüş iş təqdirəlayiqdir, belə ki, tünerlər avtomobilin xarici hissəsində düymə və tutacaqlardan başqa demək olar ki, hər bir santimetrə diqqət yetiriblər.

Bahalı “Nappa” dərisindən, karbon lifindən və təbii qoz ağacından istifadə edilib.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Macan 20.05.2015

Şərhlər


AD