Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lorinser-dən Mercedes-Benz C-Class

30 ildən çoxdur ki, yaxşı mənada “Mercedes-Benz”-ə aludə olmuş məşhur “Lorinser” yeni tüninq-əsərini – kosmetik və başqa apqreyd dəsti olan xüsusi “C-Class”-ı – təqdim etdi.

Kosmetik cəhətdən atelyedə yalnız eksteryerlə məşğul oldular. Lakin çox diqqətlə. Burada tamamilə dəyişdirilmiş asma və qazçıxma sisteminin böyük hava çıxışları olan qabaq bamper, qazçıxma sisteminin dörd lüləsi və dəbli radiator barmaqlığı kimi başqa xoş xırdalıqlar var.

Texnikaya gəldikdə isə söhbət tünerlər tərəfindən əsas götürülmüş tam ötürücülü C400 üçün əlavə gücdən gedir. Bu üçlitrlik V6-ya əlavə olunmuş 56 a.g. və 100 Nm fırlanma anı (ümumilikdə 389 a.g. və 580 Nm fırlanma anı) deməkdir.

Atelyedə dinamikaya aid məlumatları təqdim etmədilər, lakin yəqin ki, belə avtomobil ilk “yüzü” 5,2 saniyəyə - tüninq-versiya isə 5 saniyəyə yığacaq.

AUTO.AZ



Şərhlər


AD