Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi TT 600 a.g. verən mühərrik əldə edəcək

“Audi” şirkəti “Clubsport” adlı yeni konseptin ilk şəkillərini dərc etdi. Avtomobil TT bazasında düzəldilib və mayın 13-də Worthersee festivalında təqdim olunacaq. Prototip beşsilindrli 2,5-litrlik TFSI benzin mühərriki əldə etdi.

Mühərrikin gücü 600 a.g. və 650 Nm fırlanma anı təşkil edir. Aqreqat altıpilləli mexaniki sürət qutusu ilə birgə işləyir. Bundan başqa model Quattro tam ötürücüsü ilə təchiz olunub. “Clubsport” 100 km/saata 3,6 saniyəyə sürətlənə bilir.

Maksimal sürət 310 km\saat təşkil edir. Bu göstəricilərə elektrik ötürücüsü olan xüsusi kompressorun istifadəsi sayəsində nail olunub. Bu kompressor 48-boltluq qurğudan qidalanır.

Prototip adi TT versiyasından 14 sm enli oldu. Konseptin çəkisi 1396 kiloqramdır. Avtomobil yeni əyləc sistemi, karbon plastik kütləsindən düzəldilmiş başqa palçıqqoruyucu və 20 düymlük təkər diskləri ilə komplektləşdirilib.

Xatırladaq ki, “Audi TT”-nin ikinci nəsli keçən il Cenevrə avtosalonunda təqdim olunmuşdu.

AUTO.AZ



teqlər:
Audi, Audi TT 13.05.2015

Şərhlər


AD