Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi yeni mühərrik təqdim etdi

“Audi” şirkəti yeni benzinlə işləyən 2,0 litrlik turbomühərrik TFSI-ni hazırlayıb. Aqreqatın ictimai debütü Vienna Motor Symposium çərçivəsində keçiriləcək. Şirkətdə yeni mühərriki “öz sinifində ən effektli 2,0 litrlik benzinlə işləyən mühərrik” adlandırırlar. Aqreqatın maksimal gücü 190 a.g. və 320 Nm fırlanma anıdır. Orta yanacaq sərfi 100 km yola 5 litrdir. Bu göstəricilərə yanacağın Miller tsikli ilə uyğun olan yeni yanma üsulundan istifadə sayəsində nail olunub.

Aqreqat 140 kq gəlir. İlk dəfə mühərrik bu ilin sentyabrında Frankfurt avtosalonunda təqdim olunacaq “A4” modelinə quraşdırılacaq. Avtomobilin satışları 2016-cı ildə başlanacaq. Qabaritlərinə görə avtomobil sələfini keçir. Yenilik şəklidəyişmiş diodlu optika, daha geniş arxa təkər izi, azadılmış yol işığı zolağı və başqa qazçıxma sistemi əldə edib.

Yeni “A4” “Audi”-nin MLB modul platformasının təkmilləşmiş versiyasında düzələcək ikinci modeli olacaq. Çox möhkəm polad, alüminium  və kompozit materiallardan istifadə sayəsində avtomobilin çəkisi təqribən 90 kq azalmalıdır.

AUTO.AZ



teqlər:
Audi 12.05.2015

Şərhlər


AD