Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW 3-cü seriya yeniləndi

Restaylinq olunmuş “3-cü seriya BMW-nin” debütü rəsmən bu həftəyə planlaşdırılıb, lakin şəkillər və yenilik haqqında bəzi texniki məlumatlar qlobal Şəbəkəyə düşüb. Məlum olub ki, məsələn, yenilənmə münasibəti ilə “üçlüyə” yeni mühərrik bağışlayıblar.

Dərc olunmuş şəkillərə görə, sedanın xarıci görünüşündə cüzi dəyişliklər olacaq. Bir qədər tamamlanmış bamperlər, həmçinin artırılmış işıq diodları olan baş optika və arxa fənərlər nəzərə çarpır.

İnteryerdəki əsas dəyişiklik klimat qurğusunu yeni idarəetmə blokudur. Texniki hissəyə gəldikdə isə, burada əsas yenilik 340i indeksli yeni modifikasiyanın meydana gəlməsi olmalıdır.

Bu modifikasiya məşhur 335i-i əvəz edəcək və yəqin ki, sedanın standart versiyalar arasındakı top versiyası olacaq. O, eyni, turbo yükləyicili altı silindrli mühərrik olacaq. Lakin, mühərrikin gücü 306-dan 326a.g.-dək artırılacaq.

Yəqin ki, qalan təfərrüatlar yeniliyin bu günlərdə Münhendə keçiriləcək rəsmi debütündən sonra meydana gələcək.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series 12.05.2015

Şərhlər


AD