Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Piecha Design-dan Jaguar F-Type

“Jaguar F-Type” –bir çox avtomobil sahibləri tərəfindən istənilən komplektasiyada mükəmməl xarici görünüşə malik olduğu qəbul edilən, nadir avtomobillərdəndir. Banın spesifikasiyasından asılı olmayaraq, “F-Type” hər zaman hər yanda özünə diqqət cəlb edir.

Qismən də buna görə Britaniya sportkarı çox nadir halda xarici dəyişikliklərə məruz qalır. Lakin “Piecha Design” kimi bəzi avtomobil atelyeləri “Jaguar”-ı daha da cəlbedici edə bilirlər.

Yeni tökmə disklərin və “Piecha Design” aerodinamik dəstinin quraşdırılması sayəsində “F-Type”-ı əsl sərgi eksponatına çeviriblər. Alman tüninq ustaları avtomobilin yaxşı cəhətlərini nəzərə çarpdırıb ona öz dizayn elementlərini əlavə ediblər.

İlk baxışdan yeni dizaynlı splitteri sayəsində avtomobilə aqressiya verən yeni bamper nəzərə çarpır. Köhnə “F-Type” təkər yarımhalqalarının yerinə daha enli yarımhalqalar qoyublar.

Yeni arxa bamperin və daha aqressiv diffuzorun uyğunlaşması aerodinamik asma dəstini tamamlayır. Yeni disklərin qabaritləri qabaqda 20/9,5, arxadan isə 20/11 düymdür. Asılqanın daha qısa yayları ilə birgə disklər “F-Type”-ı daha alcaq etdilər, görünüşcə isə o daha kobud oldu.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar F-Type 05.05.2015

Şərhlər


AD