Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Tesla Model S-ə bazalt geyindiriblər

“Larte Design” şirkətində “Tesla Model S”-in xarici görünüşünü dəyişiblər. Amerikan elektrokarı fərqli radiator üzlüyü, qabaq və arxa bamperlərində “önlüklər”, baqaj qapağında spoyler alıb. Tünerlər, həmçinin qabaq qanadlardakı ventilyasiya kəsiklərinin də görünüşünü dəyişiblər.

Detalların kəskin cizgiləri avtomobilin “asmasına” daha aqressiv görünüş verib, lakin belə görkəmin alınması üçün ənənəvi olan plastik və karbondan deyil, bazalt lifindən olan materialdan istifadə edilib.

Bu materialı bazaltdan olan vulkan lavasına heç bir kimyəvi maddə əlavə etmədən, sadəcə sobada əritməklə əldə ediblər. Maraqlıdır ki, belə materialdan komponentlər çox yüngül alınır.

“Larte” bildirir ki, onun asması bütün aksessuarlarla birgə cəmi 13 kq-dır. Tüninq edilmiş “Tesla Model S” Monakoda keçirilən “Top Marques” sərgisində təqdim edilib.

AUTO.AZ



teqlər:
Tesla, Tesla Model S, Larte Design 02.05.2015

Şərhlər


AD