Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lotus krossover hazırlayacaq

“Lotus”-un Baş direktoru Jan-Mark Qals şirkətin tarixində ilk dəfə krossover hazırlanacağını təsdiq etdi. “Autocar”-ın məlumatına görə, modelin istehsalı 2019-cu ildə başlayacaq. Şirkətin özündə yeniliyi “dünyada ilk yüngül yolsuzluq avtomobili” adlandırırlar.

Baş direktor modelin texniki göstəriciləri barədə məlumat verməkdən boyun qaçırıb. Lakin o, bildirib ki, avtomobil alüminium ban panelləri, o cümlədən “Toyota” mühərriki alacaq. Yeniliyin dünya bazarında əsas rəqibi “Porsche Macan” olacaq. Lakin krossover “Lotus” rəqibindən 200 kq yüngül olmalıdır. Qeyri-rəsmi məlumata görə, yeni avtomobilin əsası kimi hələ 2006-cı ildə təqdim edilmiş “APX” adlı konsept-kar götürüləcək.

Avtomobil Çindəki zavodda yığılacaq. Bu, Britaniya şirkəti ilə yerli holdinq “Goldstar” arasında razılıq sayəsində mümkün olub. Əvvəlcə yenilik Çin bazarında satılacaq, lakin sonra krossover digər ölkələrə də ixrac ediləcək. Xatırladaq ki, son zamanlar əvvəllər heç vaxt yolsuzluq avtomobilləri buraxmayan bir sıra istehsalçılar bu seqmentə daxil olmaq qərarına gəliblər. Belə ki, yaxın illərdə “Bentley”, “Rolls-Royce”, “Aston Martin” və s. bu kimi istehsalçılar yolsuzluq avtomobillərini təqdim edəcəklər.

AUTO.AZ



teqlər:
Lotus 02.05.2015

Şərhlər


AD