Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes G500 yeni mühərrik alacaq

“Mercedes” şirkəti G500 modelində mühərriki dəyişməyi planlaşdırır. Avtomobil istehsalçısı bu addımı Avro-6 standartlarının sərtləşdirilmiş normalarına görə ata bilər.

Hazırda avtomobilin kapotu altında 5,5-litrlik benzinlə işləyən V8 mühərriki quraşdırılır. Qeyri-rəsmi məlumatlara görə, bu mühərrik 4,0-litrlik turbo V8 mühərrikinə uduza bilər. Belə mühərrik AMG GT və C63-də quraşdırılır, gücü isə 422 a.g.-dür.

Xatırladaq ki, “Mercedes” şirkəti 2017-ci il üçün G-Class modelini yeniləməyi planlaşdırır. Çox güman ki, avtomobil 100 mm enli olacaq və ya 3-, ya da 4-rıçaqlı asılqan alacaq.

Bununla belə, modelin çəkisi 200 kq-a qədər azaldılacaq. G-Class-ın mühərrik qammasına yeni 6-silindrli 3,0-litrlik benzin və dizel güc qurğuları daxil ediləcək. Mühərrik barədə ilkin məlumatlar gələn il E-Class modelində təqdim ediləcək.

“Mercedes”-in sonuncu premyerası Şanxay avtosalonunda təqdim edilmiş konsept “GLC Coupe” olub. Avtomobilin seriyalı versiyası 2016-cı ilin sonlarında, 2017-ci ilin əvvəllərində peyda olacaq.

Avtomobil MRA platformasında yığılıb. Yenilik 21-düymlük yüngüllehimli təkər diskləri, diodlu optika, ban müdafiəsi üçün əlavə plastik alıb. Bildirilir ki, prototip demək olar, krossoverin seriyalı versiyasından fərqlənməyəcək. “GLC Coupe” 3,0-litrlik benzin V6 mühərriki ilə təchiz edilir. O, 367 a.g., 520 Nm fırlanma anına malikdir.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz G-Class 29.04.2015

Şərhlər


AD