Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen-dən yeni böyük sedan

“Volkswagen” şirkəti yeni konseptual sedan “C Coupe GTE”-nin sirrini açdı. Bu avtomobil model sırasında “Passat” və “Phaeton”-nun arasında olacaq. Yenilik Şanxayda keçiriləcək beynəlxalq avtosalonda debüt edəcək.

MLB platformasında yığılmış “Volkswagen C Coupe GTE”-nin uzunluğu 5 metrdən çox, təkər bazası 3001 mm olacaq. Yeni avtomobilin eni 1930 mm-dir. yeniliyin hündürlüyü barədə informasiya verilmir.

Məlumdur ki, yeni konseptin xarici görünüşü Çin bazarına uyğun düzəlib. Lakin modelin dizaynındakı elementlərin bəziləri elə bütün ölkələr üçün nəzərdə tutulmuş versiyada da olacaq.

“Volkswagen C Coupe GTE” 4-silindrli benzin TSİ (210 a.g.) və  elektrik mühərriklərindən ibarət hibridlə hərəkətə gələcək. Onlar 8-pilləli sürət qutusu ilə birgə işləyir.

Güc qurğusu 245 a.g., 500 Nm fırlanma anı verir. Avtomobil 100 km məsafəyə cəmi 2,3 litr yanacaq sərf edir və yalnız elektrik dartma ilə 50 km məsafə qət edə bilər.

Bununla belə “Volkswagen C Coupe GTE” yerindən 100 km/saata 8,6 saniyəyə sürətlənir, maksimal sürət isə 232 km/saatdır.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen C Coupe GTE 28.04.2015

Şərhlər


AD