Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi TT-nin ucuz versiyası buraxıldı

Şirkət “Audi TT” ailəsinə həm kupe, həm də rodster üçün 3-cü nəsil modifikasiya daxil edir. Bir qədər zəif TFSI mühərriki sayəsində avtomobil əvvəlki modifikasiya ilə müqayisədə Avropa qiymətindən 2900 avro ucuz oldu.

İndi baza versiyasında TT 180 a.g., 250 Nm fırlanma anı verən 1,8-litrlik TFSI mühərriki ilə təchiz edilir. Mühərrik 6-pilləli mexaniki və ya 6-pilləli robot “S-tronic” sürət qutuları ilə birgə işləyir.

Avtomobil mexaniki sürət qutusu ilə ilk yüzlüyə 6,9 saniyəyə, robotla 7 saniyəyə sürətlənəcək. Maksimal sürət 241 km/saat olacaq. Rodster banında olan versiya 100 km/saata mexanika ilə 7,2, robotla isə 7,3 saniyəyə çatır.

Dilerlər yeni “Audi TT”-ni 2015-ci ilin ikinci yarısında əldə edəcəklər. Avropada kupe 32100 avrodan, rodster isə 34500 avrodan başlayacaq.

AUTO.AZ



teqlər:
Audi, Audi TT 28.04.2015

Şərhlər


AD