Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda konseptual krossover təqdim etdi

Şanxay avtosalonunda “Honda” şirkətinin “Concept D” adlı yeni konseptual krossoveri debüt edib. Yeniliyin hazırlanmasında “Honda” nümayəndələri Çinin “Dongfeng” və “Guangqi” şirkətlərinin mütəxəssisləri ilə birgə işləyiblər.

“Honda Concept D” fərqli xarici görünüşə malikdir. O, hava çıxıntıları olan böyük bamperlərə və kənara çıxan təkər arkalarına malikdir. Yeniliyin dizaynı ilə çinli mütəxəssislər məşğul olublar. “Honda”-da əmindirlər ki, gənclər avtomobili bəyənəcəklər.

Bundan əlavə, istehsalçı “Concept D”-ni gələcək yolsuzluq avtomobilinin obrazı adlandırır. Bu avtomobil əla dinamikası və geniş interyeri ilə fərqlənəcək. “Honda” hələlik yeniliyin mühərriyi və salonu barədə məlumat vermir.

Həmçinin məlumdur ki, avtomobil təkmilləşdirilmiş təhlükəsizlik sistemi, müasir funksiyalar alacaq.

AUTO.AZ



teqlər:
Honda, Honda Concept D 23.04.2015

Şərhlər


AD