Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes GLC Coupe rəsmən təqdim edildi

“Mercedes-Benz” şirkəti “BMW X4”-ə rəqib olacaq, yeni yolsuzluq avtomobilinin buraxılışından xəbər verən “GLC Coupe” prototipin sirrini rəsmən açdı. Yenilik bu yaxınlarda Şanxay avtosalonunda təqdim ediləcək.

“Mercedes-Benz GLC Coupe”-nin xarici görünüşünə alman markasının digər modellərindən və yolsuzluq avtomobillərindən tanınan elementlər daxildir. Avtomobil daha çox ölçüləri kiçildilmiş “Mercedes GLE Coupe”-ni xatırladır. Qabaq diodlu fənər işıqlarını, səlis dam xəttini, nazik arxa fənərləri, qaz buraxma sisteminin cüt borularını qeyd etmək lazımdır.

Yeni “Mercedes-Benz GLC Coupe” MRA-nın platformasında yığılıb, bu da C-class-ın sonun nəsli ilə eynidir. Yeniliyin ölçüləri 4730 mm х 2000 mm х 1600 mm-dir, təkər bazası isə 2830 mm-dir.

“GLC Coupe”-nin kapotu altında “Mercedes-Benz C450 AMG Sport”-da olan mühərrik yerləşib. Söhbət 3,0-litrlik tvin-turbo “altılıq”dan gedir ki, o, 367 a.g., 520 Nm fırlanma anı verir.

Mühərrik 9G-Tronic avtomotik sürət qutusu və 4Matic tam ötürücü sistem ilə birgə işləyir. İstehsalçı konseptin dinamik xarakteristikası barədə məlumat vermir, vəd edir ki, o, güclü təsir bağışlayacaq.

“Mercedes-Benz GLC Coupe”-nin seriyalı buraxılışı 2017-ci ildə gözlənilir.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz GLC Coupe 21.04.2015

Şərhlər


AD