Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Almanlar Range Rover-i pikap etdilər

Alman “Startech” gözlənilməz layihə əsasında “Range Rover”-i dəyişib. Tünerlər möhtəşəm ingilis yolsuzluq avtomobilinin bazasında pikap düzəldiblər. Onlar bununla çinliləri sevindirmək istəyirlər. İlk təqdimat Şanxay avtosalonunda olacaq.

Yenilik 23-düymlük təkər diskləri, “qaşqabaqlı” asma alıb. Onun baqajı çox balacadır. Belə görünüşə malik “RR” bir qədər təəccüblüdür. Salona isə söz ola bilməz – burada dəri və karbon əlavələrə rast gəlmək olar.

Təkmilləşdirmə zamanı modelin 5,0-litrlik V8 mühərrikini “Startech” cəmi 16 əlavə güc ilə təmin edə bilib – 526 a.g. Avtomobil  ilk yüzlüyə 5,3 saniyəyə sürətlənir.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover, Startech 18.04.2015

Şərhlər


AD