Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac yenilənmiş ELR təqdim etdi

“Cadillac” şirkəti yenilənmiş hibrid “ELR”-in sirrini açdı. Avtomobil bir sıra üslub və texniki yeniliklər alıb. O, yaxın bir neçə aya satışa çıxarılacaq. “Cadillac ELR”-in güc qurğusunun dəyişilməz olaraq 1,4-litrlik benzin mühərrik və elektrik mühərriki ilə qalmasına baxmayaraq, yenilənmiş kupe həcmi 16,5-dən 17,1 kVt/s olan tökmə-ionlu akkumulyator alıb.

Bu, yalnız elektriklə hərəkət qabiliyyətini 60-dan 63 km-ə qədər artırıb. Mühərriklərin gücü isə 207-dən 233-ə qədər çoxalıb. Nəticədə yenilənmiş kupe yerindən 96 km/saata 6,4 saniyəyə çatır. Bu, əvvəlkindən 1,6 saniyə tezdir. Standart “Cadillac ELR”-in maksimal sürəti 170 km/saatdır.

Əlavə “Performance Package” paketi ilə isə o 209 km/saata qədər sürətlənir. Bundan əlavə, avtomobil təkmilləşdirilmiş asma, sərt ressorlar, yeni dayaqlar, sərt arxa ox, yeni 8-düymlük elektron qabaq panel və peyk naviqasiyalı “OnStar” sistemi alıb.

AUTO.AZ



teqlər:
Cadillac, Cadillac ELR 18.04.2015

Şərhlər


AD