Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche Boxster daha güclü oldu

“Porsche” “Boxster” ailəsini yeni, eyni zamanda, ən qabaqcıl versiya olan “Boxster Spyder” ilə tamamlayıb. Avtomobil bu yaxınlarda Nyu-York avtosalonunda təqdim edilib. Onun çəkisi 1 sentner az, gücü isə 45 a.g. daha çox olub. O, ilk yüzlüyü 4,5 saniyəyə yığmaqla  tarixdə ən güclü və cəld “Boxster” oldu.

Detallara daha ətraflı nəzər saldıqdan sonra deyə bilərik ki, burada 375 a.g.-nü 3,8-litrlik “altılıq” verir və o, 6-pilləli mexaniki sürət qutusu ilə birgə çalışır. Standart “GTS”-i 0-dan 100-km/saata sürətlənməkdə yarım saniyə qabaqlamaqla, “Spyder” 290 km/saat sürət yığır. Bu, həm əlavə gücün, həm də cəmi 1420 kq-lıq çəkinin sayəsindədir.

Yeni “Boxster”, həmçinin bir neçə sm aşağı salınmış və yenidən tənzimlənmiş asmaya, “911 Carrera”-dan olan gücləndirilmiş əyləcə, 360 mm diametri olan yeni sükana, o cümlədən xüsusi dama malikdir. “Porsche”-də deyirlər ki, avtomobil 1957-1962-ci illərin 718-i ruhunda hazırlanıb.

Yenilik Almaniyada artıq yayda, daha dəqiq desək, iyunda  satışa çıxarılacaq. Qiyməti isə adi GTS-dən 10000 avro baha olacaq – 80000 avro.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Boxster 17.04.2015

Şərhlər


AD