Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota yenilənmiş RAV4 təqdim etdi

Məşhur krossover “Toyota RAV4” axır ki, çoxdan vəd edilən restaylinqə uğradı. Lakin yaponlar fürsətdən istifadə edib krossoveri nəinki bir qədər dəyişdilər, həmçinin onun mühərrik qammasını hibrid qurğu ilə tamamladılar.

Yenilənmiş krossoveri restaylinqdən əvvəlki görünüşü ilə yeni bamperlər, daha kompakt qabaq optika, yeni radiator barmaqlığı və təkmilləşdirilmiş dizaynı olan təkər diskləri ilə fərqləndirmək olar. Bundan əlavə, “RAV4”-ün rəng qamması da dəyişib.

Məlumdur ki, Şimali Amerika bazarında “SE” komplektasiyası da peyda olacaq. O, idman aerodinamikası, diodlu fənərlər, bir qədər sıxılmış asılqan və 18-düymlük disklərlə seçiləcək.

Güc qurğusunun yeni tərkibinə 2,5-litrlik benzin atmosfer, arxa oxda elektrik mühərriki və variator daxildir. Onların göstəriciləri barədə hələlik məlumat yoxdur. Lakin “Toyota”da bildirirlər ki, o, daha güclü və dinamik olacaq.

Çox güman ki, avtomobil “Lexus NX 300h” ilə eyni gücə malik olacaq – 197 a.g. “Toyota RAV4”-ün hibrid versiyası ABŞ bazarında bu ilin payız aylarında peyda olacaq.

AUTO.AZ



teqlər:
Toyota, Toyota RAV4 15.04.2015

Şərhlər


AD