Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Tesla “ucuz” elektro kar təqdim etdi

“Tesla Motors” elektrokar “Model S”-in yeni versiyasını təqdim etdi. Avtomobil adından “70D” əlavəsini alıb və şirkətin model sırasında ən əlverişlisi olub. ABŞ-da yeniliyin qiyməti 75 min dollardan başlayır. “Tesla Model S 70D”-nin satışı bu ilin may ayında başlayacaq.

Tamötürücülü modeli ümumi gücü 514 a.g. olan iki elektrik mühərriki hərəkətə gətirir. Avtomobil tam dolu enerji ilə 386 km məsafə qət edə bilər. Avtomobil 96 km/saata 5,2 saniyəyə sürətlənir. Xatırladaq ki, bu yay elektriklə işləyən krossover “Tesla Model X”-ın da satışı başlanmalıdır.

Avtomobil iki elektrik mühərriklə hərəkətə gətiriləcək – hər oxa bir mühərrik düşür. Bu, çox güman ki, hərəkətin qənaətcilliyinə təsir edəcək. Sedan “Model S” ilə müqayisədə, o, kiçik olacaq. Əlavə mühərrikin quraşdırılması qiymətə də təsir edəcək. Şirkətin rəhbəri Elon Maskanın sözlərinə görə, yenilik hazırdan ABŞ-da 70000 dollara satılan “Model S”-dən təxminən 10000 dollar baha olacaq.

“Model X” “Model S” üslubunda hazırlanacaq: optika, bamperlər, banın silueti sedandan götürülüb. Əsas fərqləndirici cəhətlər yuxarı açılan qapılardır ki, onlar “Mercedes-Benz SLS”dəki kimidir. Belə ki, belə üstü açıq mexanizm yalnız arxa qapılar üçün nəzərdə tutulub. Qabaq qapılar isə klassik üsulla açılacaq.

AUTO.AZ



teqlər:
Tesla 15.04.2015

Şərhlər


AD