Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lincoln möhtəşəm konsept təqdim edib

“Lincoln” şirkəti rəsmi olaraq yeni möhtəşəm konsept sedan “Continental”ı təqdim edib. Avtomobilin təqdimatı Nyu-York avtosalonunda keçirilib. Yenilik bir qədər sonra təqdim ediləcək seriyalı versiyanın prototipidir.

Avtomobil yeni radiator barmaqlığı, diodlu optika, 21-düymlük alüminium təkər diskləri və xüsusi “E-Latch” qapı dəstəkləri alıb. Salonda 30 cür tənzimlənən oturacaqlar, “Revel Ultima” audiosistemi, şampan butulkaları üçün xüsusi yer və panorama dam quraşdırılıb.

Yenilik 3,0-litrlik “V6 EcoBoost” mühərriki ilə təchiz edilir. Dinamik xarakteristika barədə məlumat hələlik gizli saxlanılır.

Sürücüyə qabaqcıl təhlükəsizlik sistemi, o cümlədən ətraf müşahidə funksiyaları, toqquşmanın qarşısını alan və piyadaların müəyyən edilməsi sistemləri təklif ediləcək.

AUTO.AZ



teqlər:
Lincoln, Lincoln Continental 10.04.2015

Şərhlər


AD