Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac CTS-V – dünyada ən sürətli sedan

“Hennessey” tüninq atelyesi “Cadillac CTS-V”-nin yeni modifikasiyasını hazırlayıb. Amerikalılar bildirirlər ki, təkmilləşdirmə paketi sayəsində model dünyada ən sürətli sedan olacaq. Yenilik məhdud tirajla – 24 ədəd buraxılacaq.

Sedanın kapotu altında gücləndirilmiş ikili turboyükləyicisi olan 6,2-litrlik benzin V8 mühərriki quraşdırılacaq. Mühərrikin gücü 1000 a.g.-dür, maksimal sürət isə 386 km/saatdır.

Aqreqat, həmçinin döyülmüş alüminium porşnlər, yeni dirsək valı və silindrlər bloku alacaq. Bundan əlavə, “Hennessey” mühəndisləri yanacaqvermə və buraxma sistemlərini də təkmilləşdirirlər.

Xatırladaq ki, “Cadillac CTS-V”-nin adi versiyası 6,2-litrlik 640 a.g. (477 kVt) və 855 Nm fırlanma anı verən 6,2-litrlik V8 mühərriki ilə təchiz edilir. Mühərrik 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Bu, kupe “CTS-V”-ə “yüzlüyə” 4 saniyədən də tez çatmağa kömək edir. avtomobilin maksimal sürəti 322 km/saatdır.

AUTO.AZ



teqlər:
Cadillac, Cadillac CTS, Hennessey 10.04.2015

Şərhlər


AD