Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Mitsubishi Outlander — rəsmi

Restaylinq olunmuş krossover dünən Nyu-York avtosalonunda rəsmən təqdim edildi. Yenilik aktual versiyadan yeni qabaq bamper, fərqli radiator barmaqlığı, diodlu işıqlar ilə fərqlənir.

“Outlander”-in salonunda dəyişiklik az edilib: yeni sükan, oturacaq üzləri və avtomatik tündləşdirmə funksiyası olan arxa görünüş güzgüləri. Təqdimat zamanı “Mitsubishi”-nin nümayəndəsi bildirib ki, avtomobil təqribən 100 yenilik alıb.

Bunların arasında banın sərtliyinin artırılmasını, gücləndirilmiş asmanı, dinamik dempferləri və s. göstərmək olar. Bunların sayəsində “Outlander” daha sakit olub. Güc aqreqatları dəyişilməz qalıb.

Baza versiyası 146 a.g. verən 2,0-litrlik atmosferli benzin mühərrik ilə təchiz edilir. Orta komplektasiyada krossoveri 2,4-litrlik “dördlüklə” (167 a.g.) sifariş etmək olar. Nəhayət, ən güclü “Outlander” 230 a.g. verən 3,0-litrlik V6 ilə təchiz edilir.

Hibrid “PHEV” versiyası heç bir dəyişikliyə məruz qalmayıb – güc qurğusu əvvəlki kimi benzin və elektrik mühərriklərdən ibarətdir. Ümumi güc isə 164 a.g.-dür.
“Outlander” üçün mümkün sürət qutuları bir qədər dəyişilib.

Belə ki, indi 4-silindrli mühərriklə 8-ci nəsil “Jatco” işləyir. Bunun sayəsində “Outlander” 0,3 saniyə daha cəld və 5-7% daha qənaətcil olub. V6 versiyası əvvəlki kimi 6-pilləli “avtomat”la təchiz ediləcək.

AUTO.AZ



teqlər:
Mitsubishi, Mitsubishi Outlander 09.04.2015

Şərhlər


AD