Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus yeni nəsil RX təqdim etdi

“Lexus” Nyu-York motor-şousunda yeni nəsil “RX” təqdim edib. Avtomobilin xarici görünüşü tamamilə dəyişib, yeni opsiyalar alıb, lakin onu yenə də turbolaşdırılmış mühərriklə təmin etməyiblər.

“RX”-in optikası, bamperləri və banının yan xətləri ötən il dünya bazarında debüt etmiş kiçik krossover “NX” üslubunda hazırlanıb. Avtomobili vizual olaraq böyütmək üçün dizaynerlər arxa dayaqları qaraldıblar – belə effektə “Lexus”-un modellərində rast gəlinir.

Krossover əvvəlki platformada yığılıb və bir sıra dəyişikliklərə məruz qalıb. “RX”-in təməlində tamamilə müstəqil asma dayanıb. Qabaq oxda Makferson dayaqlarından, arxa asılqanda isə ikili köndələn riçaqlardan istifadə edilib.

Sələfi ilə müqayisədə konstruksiya idarəetmə üçün bütövlükdə gücləndirilib. “Lexus RX”-in ən üstün modifikasiyası AVS adaptiv asılqanı alıbə. Elektronika özü amortizatorların işinə nəzarət edir.

Salonda nəzərəçarpan dəyişikliklər sırasında multimedia sisteminin 12,3-düymlük yeni ekranını qeyd etmək olar. Bundan əlavə, yeni nəsildə sürət qutusu mərkəzi konsoldan götürülüb.

“Lexus RX” yeni turbolaşdırılmış mühərriklər almayıb. Avtomobil baza versiyasında əvvəllər də olduğu kimi 3,5-litrlik atmosferli V6 ilə təchiz edilir. Bu mühərrikin gücü 277-dən 300 a.g.-ə qədər artırılıb.

Mühərrik 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. “RX”-in əvvəlki nəsillərində 6-pilləli sürət qutusu quraşdırılırdı. Yenilik böyük bazarlara bu il çıxarılacaq.

AUTO.AZ



teqlər:
Lexus, Lexus RX 03.04.2015

Şərhlər


AD