Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

“MINI” AZƏRBAYCANDA İLK AVTOMOBİL SALONUNU AÇIR VƏ İKİ YENİ MODELİNİ TƏQDİM EDİR

Bakı – 13 mart 2015-ci il. BMW AG konserni “MINI” avtomobillərinin Azərbaycanda ilk rəsmi satış və sərgi salonunun açılışını elan edib. Bakının mərkəzində yerləşən yeni mərkəz “MINI” brendinin ölkədəki rəsmi idxalçısı olan “Improtex Motors” şirkətinin rəhbərliyi altında fəaliyyət göstərəcək. Avtosalonun açılış mərasimində çoxdan gözlənilən iki model – yeni “MINI Cooper” və yenilənmiş “MINI Countryman” avtomobillərinin təqdimatı keçirilib.

Avtosalonun açılış mərasimində BMW və “MINI” brendlərinin Afrika, Karib adaları və Şərqi Avropa regionlarında satış üzrə direktoru Konrad Baumqartner, Afrika, Karib adaları və Şərqi Avropa regionları üzrə menecer Viktor Eyzenbraun, “Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov, baş direktorun birinci müavini Bayram Yaqubov, o cümlədən KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

“Avtosalonun açılması “MINI” və bütünlüklə “BMW Group” şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti istiqamətində atılmış mühüm bir addımdır. Şirkətin Azərbaycandakı fəaliyyəti elə də uzun bir dövrü əhatə etmir – 2012-ci ilin dekabr ayından – lakin brendin artmaqda olan müştəri auditoriyasının toplaması bizim üçün qürurverici bir haldır”, - deyə Konrad Baumqartner qeyd edib.

“Model sırasına yeni nəsil “MINI Cooper” və yenilənmiş “MINI Countryman” krossoverinin əlavə olunması dünyanın ən yığcam, yenilikçi və dəbdəbəli brendinin Azərbaycan bazarında uğur qazanmasına yardımçı olacaq. Hər iki modelin innovativ yeniliklər, özəl üsluba malik dizayn və əla yürüş xarakteristikaları azərbaycanlı müştərilərin ürəyincə olacaq”, - deyə K. Baumqartner əlavə edib.

“Biz çox şadıq ki, “MINI” kimi zövqlü və xarizmatik bir brendin Bakıda evi olacaq. Yeni salon Britaniya brendinin dünya standartlarına tam uyğun şəkildə hazırlanıb və yeni müştəriləri, MINI üslubunda aktiv həyat tərzi keçirən insanları səbirsizliklə salonumuzda gözləyirik”, - deyə “Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov vurğulayıb.

Yeni “MINI Cooper” modelinin debütü 2014-cü ilin sentyabr ayında baş tutub və avtomobil öz sinfində “2014-cü ilin ən cazibədar avtomobili” adına layiq görülüb. Modelin son nəsil nümayəndələri qabaqcıl təkmilləşdirilmiş dizayn və mühüm texnoloji yeniliklərlə fərqlənir. “MINI Cooper” daha manevrli, komfortlu olmaqla, yanacağın effektiv istifadəsi baxımından qabaqcıl texnologiya ilə təchiz olunub. Bununla yanaşı model özünün ənənəvi xarizmatik üslubu, funksional və dəbdəbəli xarakterini qoruyub saxlayıb.

Yenilənmiş “MINI Countryman” krossoveri 2010-cu ildə dünya bazarına təqdim olunub. Model həm şəhər mühitində, həm də yolsuzluq şəraitində özünü uğurla isbat edib. Bu il “MINI Countryman” ardıcıl olaraq dördüncü dəfə nüfuzlu Dakar yarışmasının qalibi olub. Ümumilikdə, finiş xəttini keçmiş ilk beş iştirakçıdan dördü Britaniya istehsalı olan avtomobillərin sükanı arxasında çıxış edib.

Qeyd edək ki, sahəsi 300 kv. metr təşkil edən “MINI Bakı” satış və sərgi salonu 5 avtomobil tutumuna malikdir. Salonun bir guşəsi isə “MINI Life Style” mağazası üçün ayrılıb. Salon şəhərin mərkəzində, A.Əlizadə küç., 5, ünvanında yerləşir. Əlaqə nömrəsi (+994 12) 493-25-39; (+994 50) 271-68-67.



teqlər:
Mini 13.03.2015

Şərhlər


AD