Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus yeni layihəsini təqdim etdi

Məşhur alman tünerləri “Brabus 850 6.0 Biturbo Coupe” adlı yeni layihələrini təqdim ediblər. O, “Mercedes-Benz S63 Coupe 4MATIC” əsasında yığılıb. Onun debütü Cenevrə avtosalonunda keçiriləcək, lakin artıq avtomobilin şəkilləri və xarakteristikası barədə bəzi məlumatlar var.

“Brabus” avtomobil barədə yüksək fikirdədir, onu dünyada ən sürətli və güclü tamötürücülü kupe adlandırır. Məhsuldarlığa kəskin şəkildə təkmilləşdirilmiş V8 biturbo mühərriki cavabdehdir ki, o, 5,5 əvəzinə 5,9-litr həcmə malikdir.

Bu mühərrik dəqiqədə 5400 dövrdə 850 a.g. (625 kVt) və dəqiqədə 2500 və 4500 dövr arası 1450 Nm fırlanma anı verir. Yeri gəlmişkən, demək lazımdır ki, fırlanma anını “Brabus” elektronika ilə məhdudlaşdırıb.

Nəticədə, kupe yerindən 100 km/saata 3,5 saniyəyə, 0-dan 200 km/saata isə 9,4 saniyəyə sürətlənə bilir. Maksimal sürət elektronika vasitəsilə 350 km/saatda məhdudlaşdırılıb.

Tünerlər karbon lifindən olan bir neçə yeni hissələr quraşdırmaqla xarici görünüşün də üzərində çalışıblar. Onlar, həmçinin 18-dən 22-düymə qədər müxtəlif variantlı disklər də təklif edirlər.

Salonda yeni dəri üzləmədən, o cümlədən qızılı rəngə boyanmış bir sıra elementlərdən istifadə edilir.

AUTO.AZ



Şərhlər


AD