Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia təkmilləşdirilmiş Cee’d-i təqdim etdi

“Kia” şirkəti təkmilləşdirilmiş “Cee’d GT”ailəsi təqdim etdi. Restaylinq edilmiş hetçbek və universalın təqdimatı mart ayında Cenevrədə olacaq. Avtomobillər 2015-ci ilin dördüncü rübündə satışa çıxarılacaq.

Avtomobilin yeni modelləri adi və GT idman modifikasiyaları arasında yer tutacaq. Təkmilləşdirilmiş model dəbli flaqman olan GT həvəskarları üçün nəzərdə tutulub. Avtomobil 1,0-litrlik benzin turbo mühərrik alacaq.

O, 120 a.g. və 172 Nm fırlanma anı verəcək. Yeni texnologiyalar sayəsində bu mühərrik 1.6-litrlik atmosferli həmkarından daha az tullantı verir. Bundan başqa, 133 a.g. olan 1,6-litrlik dizel mühərrik də əldə etmək olacaq. Mühərrik 7 pilləli, 2 muftalı “robot” sürət qutusu ilə birgə işləyəcək.

Avtomobil, həmçinin 17-düymlük yüngüllehimli disklər, diodlu işıqlar, yeni bamperlər, fərqli qaz buraxma sistemi ilə təchiz edilir. Salonda dəri ilə üzlənmiş sükan, xromlaşdırılmış ventilyasiya çıxıntıları və alüminium pedallar quraşdırılacaq.

AUTO.AZ



teqlər:
KIA, Kia Ceed 28.02.2015

Şərhlər


AD