Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Range Rover Evoque yeni mühərrik alıb

“Land Rover” şirkəti restaylinq olunmuş “Range Rover Evoque”-un sirrini açdı. Yenilik 2015-ci ilin martında Cenevrə avtosalonunda təqdim ediləcək.

Avtomobil yeni bamper, radiator barmaqlığı, böyük hava çıxıntısı, spoyler və yüngül lehimli təkər diskləri alıb. Bundan əlavə, “Evoque” şirkətin uyğunlaşdırılmış diodlu işıqları olan ilk modeli olacaq.

Avtomobilin salonunda yeni oturacaqlar, 8-düymlük ekranı olan informasiya-əyləncə sistemi və sürəti quraşdırılmış həddə saxlamağa imkan verən sistem quraşdırılıb.

Yenilik, həmçinin sürücüyə hərəkət zolağından çıxma barədə xəbərdarlıq edən “Active Lane Keeping Assist” və elektron əyləc sistemləri, o cümlədən sükan arxasında yuxulama kimi halların qarşısını almaq üçün sürücünün hərəkətlərinə diqqət edən “Attention Assist” texnologiyası alıb.

Krossoverin mühərrik qamması təkmilləşdirilmiş 4-silindrli “Ingenium” mühərrikləri ilə təklif edilir. Seçim üçün 150 və 180 a.g. olan 2 dizel mühərriki təqdim edilir. Bundan əlavə, tamamilə yeni benzin turbo mühərrik də əldə etmək olar. O, 240 a.g verir. Avtomobil ilk yüzlüyə 7,6 saniyəyə sürətlənir, maksimal sürət isə 217 km/saatdır.

Xatırladaq ki, “Range Rover Evoque” Cenevrədə, həmçinin kabriolet banında təqdim ediləcək. Üçqapılı avtomobil “Evoque Cabrio” adı alıb.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Evoque 28.02.2015

Şərhlər


AD