Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

“PAŞA Həyat” iki sığorta hadisəsinə görə 30 min manatdan çox ödəniş verib

Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə iki sığorta hadisəsinə görə 30,350 min manat həcmində ödənişlər həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, istehsalat zamanı ayrı-ayrı vaxtlarda baş vermiş bədbəxt hadisə nəticəsində (iki müəssisənin, o cümlədən boru istehsalı və avto-xidmət sektoruna aid müəssisələr) iki işçi həyatını itirib.

Zərərçəkmiş şəxslərin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə vəfat etmiş şəxslərin ailəsinə müvafiq olaraq 22,080 min manat və 8,270 min manat həcmində sığorta ödənişləri verilib.

Press-relizlə bağlı əlavə məlumat almaq üçün şirkətin İctimaiyyətlə Əlaqələr Xidməti ilə əlaqə saxlaya bilərsiniz.

Nərimanov r-nu
Mayakovski küçəsi, 15
Bakı AZ1154, Azərbaycan

Tel:     (+99412) 567 32 36
Faks:  (+99412) 567 32 39
Mob:    (+99455) 252 41 10

E-mail:  office@pasha-life.az
www.pasha-life.az



26.02.2015

Şərhlər


AD