Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lotus ən güclü sportkarını təqdim etdi

Britaniyanın “Lotus” şirkəti Cenevrə avtosalonunda sportkar “Lotus Evora 400”-ü təqdim edib. İstehsalçıların sözlərinə görə, bu, şirkətin tarixində ən güclü avtomobildir. “Lotus Evora 400” faktiki olaraq zavod tüninqinin məhsuludur – avtomobil yeni qabaq bamper, dəyişilmiş güzgülər və palçıq qoruyucusu, 19- və ya 20-düymlük döymə təkər diskləri, fərqli cihazlar paneli alıb, salonu daha gözəl materiallarla işlənilib.

Eyni zamanda, əyləc sistemi də yenidən işlənib, asılqan təkmilləşdirilib və arxa hissədə yeni çərçivə və mühərrik üçün dayaq quraşdırılıb. Bütün bunlar avtomobilin çəkisini 22 kq azaldıb. Lakin əsas təkmilləşdirmə 3,5-litrlik “Toyota” altılığının gücləndirilməsi olub ki, indi onun gücü 345 a.g.-dən 400 a.g.-ə qədər (400 Nm) artıb.

Bu da istehsalçıya “Lotus” şirkətinin tarixində ən güclü avtomobil yaratdığını deməyə imkan verir. İstənilən halda, avtomobil ümumi istifadə üçün nəzərdə tutulub. Mühərrik ya 6-pilləli mexaniki, ya da 6-diapazonlu avtomat sürət qutusu ilə birgə işləyir. Avtomobil ilk yüzlüyü 4,1 saniyəyə yığır, maksimal sürət isə 300 km/saatdır. Maksimal sürət daha çox ola bilərdi, lakin təhlükəsizlik nöqteyi-nəzərindən istehsalçı sürəti bu nöqtədə məhdudlaşdırıb.

“Lotus”-un tarixində ən güclü avtomobil hələ 1996-cı ildə peyda ola bilərdi. O zaman “Lotus Esprit V8” modifikasiyası hazırlanmışdı ki, onu 3,5-litrlik 500 a.g. verən 8-silindrli turbo mühərriklə təchiz etmək planlaşdırılırdı.

Lakin yoxlama zamanı məlum oldu ki, sürət qutusu belə gücə uyğun deyil və tez xarab olur. Buna görə də mühərriki 350 a.g.-ə qədər zəiflətmişdilər. Təxminən 20 il lazım oldu ki, “Lotus” gücü 400-ə çatdırsın. “Lotus Evora 400”-ün istehsalı iyun ayında başlayacaq, satışa isə avqustda çıxarılacaq.

AUTO.AZ



teqlər:
Lotus, Lotus Evora 26.02.2015

Şərhlər


AD