Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai yeni krossoverini göstərdi

“Hyundai” şirkətinin mətbuat xidməti tərəfindən ilk şəkilləri yayılmış avtomobil “Tucson” adı alıb. Son meyllərə müvafiq olaraq yeni avtomobildə əsas aqreqatlar deyil, opsiyalar siyahısında yeni müddəalar marağa səbəb olur.

Avtomatik parketmə (qaza və əyləcə basmaq sürücünün ixtiyarına verilib) və avtomatik avariya əyləci, kor zonaların monitorinqi, xətdən çıxma barədə xəbərdarlıq, o cümlədən yol işarələrinə nəzarət, piyada ilə toqquşma zamanı qalxan aktiv kapot sistemləri “Hyundai”-ın yeni krossoverinin standart və əlavə ləvazimatlar siyahısına daxil ediləcək.

Əsas aqreqatlara gəldikdə isə demək olar ki, avropalı alıcılara 2 benzin (136 a.g. olan atmosferli və 176 a.g. olan turbo) və 3 turbo dizel (117-dən 184 a.g.-ə qədər gücə malik) mühərriklər təklif ediləcək. Sürət qutusu 3 variantdadır. Hər bir mühərrik 6-pilləli mexanika (iki zəif mühərrikdə mexanika yoxdur), benzin turbo mühərrik 7-pilləli robot, daha güclü mühərrik isə 6-pilləli avtomat ilə birgə çalışır.

“Tucson / ix35”-in baqajının həcmi 513 litrdir. İnteryeri hazırlayan mütəxəssislər bildirirlər ki, sürücü və sərnişinləri yeni, daha cəlbedici materiallar, o cümlədən qabaq paneldə böyük sensorlu monitor gözləyir. Xarici görünüşdə diodlu optikadan da istifadə edilib. Yeni “Tucson”-u canlı olaraq ilk dəfə Cenevrə avtosalonunda görmək mümkün olacaq.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Tucson 21.02.2015

Şərhlər


AD