Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota yenilənmiş Avensis təqdim edib

“Toyota” şirkəti sedan və universal banlarında yenilənmiş “Avensis”-in rəsmi şəkillərini nəşr etdirib. Yeniliyin debütü cari ilin mart ayında Cenevrə avtosalonunda olacaq.

Avtomobillər fərqli bamperlər və yeni optika alıblar. Avtomobillərin dizaynı Fransa studiyası tərəfindən hazırlanıb, lakin yeniliklər Böyük Britaniyada yığılacaq. Restaylinq edilmiş avtomobilin texniki xarakteristikası sirr olaraq saxlanılır.

Bu modelin mühərrik qammasına 2,0- və 2,2-litrlik dizel, o cümlədən 1,8-litrlik benzin mühərrikləri daxildir. Çox güman ki, yenilik yüksək yanacaq effektlivliyinə malik olan yeni mühərriklərlə işləyəcəklər.

Söhbət 1,0- və 1,3-litrlik həcmi olan mühərriklərdən gedir ki, şirkət onların sirrini ötən ilin aprel ayında açıb. Mətbuat xidmətindən verilən məlumata görə, mühərriklər sələflərindən 10-30 % daha qənaətcil olublar.

1,3-litrlik həcmi olan mühərrik yüksək səviyyəli sıxmaya (13,5) malikdir. İstehsalçı gücün necə artıdığı barədə məlumat vermir. Onun yanacaq effektivliliyi 38%-dir. Əvvəlki 1,3-litrlik mühərriklə müqayisədə yeni mühərrik 15% daha qənaətcil olub.

1,0-litrlik mühərrikdə isə yanacaq effektivliliyi 37%-dir. Mühərrik “Daihatsu” şirkəti ilə birgə hazırlanıb.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Avensis 21.02.2015

Şərhlər


AD