Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan yeni sedan Maxima-nı təqdim edib

“Nissan” şirkətinin yeni nəsil sedanının xarici görünüşü artıq sirr deyil, lakin istehsalçı interyerin rəsmi şəkillərini hələ təqdim etməyib və bunu canlı təqdimata yaxın edəcəyinə söz verib. Belə ki, foto casuslar sayəsində sedanın salonunun quruluşu artıq sensasiya olmayacaq.

“Nissan” şirkəti ilk sedanını “dördqapılı sportkar” kimi təqdim edir. Lakin “Maxima” versiyasının yapon bazarı üçün nəzərdə tutulmuş interyerinin internetdə peyda olmuş şəkillərinə əsasən demək olar ki, sedanın salonu orijinal konfiqurasiyaya malik olan sükandan başqa heç də idmansayağı deyil.

Bundan əlavə, şəkillərdə mərkəzi konsolda böyük sensorlu ekran, multimedia sisteminin interfeysi üçün dairə, sürət qutusu rejimləri üçün keçirici və klimat-nəzarət sistemi blokunu görmək olar. Daha bir monitor isə cihazlar panelində yerləşdirilib.

Güman edilir ki, “Nissan Maxima” atmosferli 6-silindrli mühərrik alacaq ki, o da pilləsiz variatorlar birgə işləyərək 300 a.g. verəcək. Həmçinin yeni nəsil “Nissan Pathfinder”-dan mənimsənilmiş hibrid güc qurğusu barədə də söhbətlər gəzir.

“Nissan Maxima”-nın yeni nəslinin rəsmi təqdimatı aprel ayında Nyu-Yorkda keçiriləcək beynəlxalq sərgidə olacaq.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Maxima 21.02.2015

Şərhlər


AD