Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota restaylinq olunmuş Avalon təqdim etdi

“Toyota” şirkəti restaylinq olunmuş sedan “Avalon”-u təqdim etdi. Avtomobilin debütü Çikaqodakı avtomobil salonunda keçiriləcək.

Yenilik aqressiv dizayn, dəyişilmiş radiator barmaqlığı, modernləşdirilmiş diodlu hərəkət işıqları, şaquli diodlu duman əleyhinə fənərlər, idmansayağı qabaq bamper, 17-düymlük təkər diskləri, yeni informasiya-əyləncə sistemi alıb. Avtomobilin salonu da yeni variantı ilə seçilir.

İlkin məlumatlara görə, avtomobilin kapotu altında 3,5-litrlik benzin V6 mühərriki quraşdırılacaq. Onun gücü 268 a.g., 336 Nm fırlanma anı olacaq. Mühərrik 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyəcək.

Bundan əlavə, tamölçülü sedan hibrid modifikasiya da alacaq. Belə versiya 2,5-litrlik 154 a.g. adi mühərrik və 141-güclü elektrik mühərriki, o cümlədən nikel-metal hibridli batareya ilə təchiz ediləcək.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Avalon 17.02.2015

Şərhlər


AD