Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche ekslüziv modellər təqdim etdi

“Porsche Exclusive” bölməsi “Porsche 911 Turbo” və “Turbo S” modifikasiyaları üçün opsional ban asması istehsal edib ki, o, avtomobilə 5355 avro ödəndikdən sonra quraşdırılacaq.

Qiymətə rəng də daxildir. Sadə bodi-kit sportkara təkcə fərdilik qatmayacaq, həmçinin onun aerodinamikasını yaxşılaşdıracaq.  4879 avroya rəngsiz detallar təklif edilir ki, bu qiymətə quraşdırma daxil deyil.

Şirkət ümid edir ki, bu opsiya satışdansonra tüninq üçün əla seçimdir. Bodi-kitə qabaq bamperə bərkidilə bilən splitter, yan ətəklər, tənzimlənən arxa spoyler və yenidən işlənmiş arxa bamper daxildir.

Bundan əlavə, avtomobil üçün mühərrik hissəsinin yeni qapağı da hazırlanıb. Təkcə spoyler sıxma gücünü 17-19 kq artırır ki, bu, hərəkət sürətindən asılıdır. Aerodinamik asma “Porsche Exclusive” bölməsinin təklif etdiyi əlavə aksessuarlar sayəsində daha effektli görünəcək.

Banın eksklüziv rənginə qara parlaq aksentlər əlavə ediləcək, şüşələr isə tündləşdiriləcək. İkirəngli təkərlər və əyləc sisteminin qırmızı rəngli supportları avtomobilin banına daha da gözəllik qatacaq.

AUTO.AZ



teqlər:
Porsche, Porsche 911 13.02.2015

Şərhlər


AD