Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bakı şəhər yol polisi reyd keçirib

Bakı şəhər yol polisi paytaxtın mərkəzi küçələrində avtomobil sürücülərinin dayanma və durma qaydalarını düzgün yerinə yetirmələrinə nəzarət məqsədilə reyd keçirib.

1news.az-ın verdiyi məlumata görə, reyd nəticəsində 280 sürücü barəsində inzibati protokol tərtib olunub.

Bununla yanaşı, minik vasitələrini qadağan olunmuş yerdə saxlayan 40 sürücünün avtomobillərinin bort kompyuter vasitəsilə şəkilləri çəkildikdən sonra inzibati protokol tərtib edilib.

Bundan əlavə, 31 avtomobil cərimə meydançalarına aparılıb ki, sürücülər onları cərimə ödədikdən sonra çıxara biləcəklər.



teqlər:
YPX 11.02.2015

Şərhlər


AD