Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wald-dan Bentley Continental GT

Gələn ay Tokioda keçiriləcək beynəlxalq avtosalonda “Wald International” Yaponiya atelyesi 2015-ci ilin kupesi “Bentley Continental GT”-ni təqdim edəcək. Restaylinq olunmuş superkar həmişəki kimi bütün tüninqin əsası olacaq aqressiv Black Bison bodi-kitini əldə etdi.

Bununla belə avtomobilə yeni təkər dəsti, texnikanın sadə apqreydi və avtomobilin eksklüzivliyini göstərən əlavə aksesuarlar dəsti hazırlayıblar. Ağappaq “Bentley Continental GT” kifayət qədər enli splitteri olan qabaq bamper, yan ətəklər, yük yerində kiçik spoyler və diffuzoru və bir cüt dəliyi olan şəklidəyişmiş arxa bamperə malikdir.

Avtomobilin çox sayda kontrast qara qoymaları, qara radiator barmaqlığı və tonlaşdırılmış şüşələri var. Başqa yeniliklərdən qabaq bamperdəki diodlu hərəkət işıqları və arxa bamperdəki qazçıxma sisteminin ikilənmiş oval ucluqlarını qeyd etmək olar. Yaponlar möhtəşəm Britaniya idman avtomobilinin asılqanını aşağı salıb təkərləri 22-düymlük disklərlə dəyişdilər və əyləc supportlarını qırmızı rəngə boyadılar.

AUTO.AZ



teqlər:
Bentley, Continental GT, Wald International 02.02.2015

Şərhlər


AD