Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Supreme Power  tamamlamasında BMW M3

Seriya avtomobillərinin satışdan sonrakı tamamlanması ilə bağlı olan “Supreme Power” şirkəti F80 banında yeni “BMW M3” üzərində işlədi. Yeniliklərin siyahısı çox deyil, lakin onlar xarici görünüşü və bavariya sedanının məhsuldarlığını yaxşılaşdırmağa imkan verir.

Sadə texniki yeniliklər cüzi kosmetik modifikasiyalarla əla uyğunlaşır. Bütün bunlar “BMW M3”-ü daha fərdi və eksklüziv edir. Qabaq bamper karbon splitter, xromlaşdırılmış detallar (radiator barmaqlığının çərçivəsi və qabaq qanadlardakı qoymalar) isə qara rəngə boyanıb.

Yan reflektorlar banın rəngində hazırlanıb. Enli aşağı profilli şinlərə bürünmüş qara tutqun BBS  disklər və qırmızı əyləc supportları yeni üslubun formalaşmasında böyük rol oynadı. İstənilən halda daha çox karbon detallar sifariş etmək olar, lakin məhz bu avtomobilin sahibi yuxarıdakı tamamlamalarla kifayətləndi.

3,0 litrlik altısilindrli turbolaşdırılmış mühərrikə gəldikdə isə, onu Akrapovic qazçıxma sistemi ilə təchiz ediblər. Bu sistem onun faydalı iş əmsalını bir qədər artırıb və səslənməsini daha yüksək və idman üslubunda edib.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, M3, Supreme Power 02.02.2015

Şərhlər


AD