Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-AMG GT yeni dizayn əldə etdi

“German Special Customs (GSC)” alman tüninq-atelyesi sportkar “Mercedes-AMG GT” üçün yeniliklər paketi hazırladı. Avtomobil özünə şəklidəyişmiş bamperlər, yenidən işlənmiş yan ətəklər və böyük arxa qanad daxil edən aerodinamik asma əldə etdi.

Bundan başqa, sportkar qabaq splitter, ventilyasiya olunan kapot, yeni hava çıxışları, aqressiv arxa diffuzor və başqa qazçıxma sistemi ilə fərqlənir. Yeniliyin texniki təfərrüatları gizli saxlanılır.

“AMG GT”-nin standart versiyası 4,0 litrlik V8 mühərriki ilə təchiz olunub. Mühərrikin gücü 462 a.g. və 600 Nm fırlanma anı təşkil edir. Sportkar “Mercedes AMG GT S”-in “yüklənmiş” versiyası iki turbo yükləyicisi olan 4,0 litrlik V8 benzin mühərriki ilə təchiz olunur. Mühərrikin gücü 510 a.g.-dür. Avtomobil ilk “yüzə” 3,8 saniyəyə sürət yığır.

“Mercedes AMG GT S” iki muftası olan yeddipilləli sürət qutusu əldə etdi. “Yüklənmiş” versiya arxa elektron differensialı ilə təchiz olunub. Sportar həmçinin amortizatorları elektron idarəetmə və üç müxtəlif rejimi – Comfort, Sport və Sport Plus – olan AMG Ride Control idman asılqanına malikdir.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz AMG GT, GSC 23.01.2015

Şərhlər


AD