Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Aspire Design-dan Range Rover Sport

“Aspire Design” Britaniya tüninq-şirkəti yolsuzluq avtomobili “Range Rover Sport”-un satışdan sonrakı tamamlama paketini hazırladı. Avtomobilin daha da idman üslubunda görünməsi üçün onu aqressiv formalı aerodinamik asma, xüsusi konstruksiyalı təkər diskləri ilə təchiz etdilər və texnikanın apqreydini keçirdilər. Bununla belə lyuks avtomobil möhtəşəm üslubu idman xarakteri ilə birləşdirməyə imkan verən unikal interyer bəzəyi əldə edib.

Diodlu hərəkət işıqlarının hava çıxışlarının oyuqlarında yerləşdiyi başqa qabaq bamper, torlu radiator barmaqlığı, yan ətəklər, dördqabırğalı diffuzoru olan yeni arxa bamper və iki spoylerin sayəsində avtomobil daha effektli görünməyə başladı. Bundan başqa yolsuzluq avtomobilinin qapılarının aşağı hissəsində və qabaq qanadlardakı ventilyasiya dəliklərində qoymalar meydana gəlib.

Qazçıxma sisteminin dörd ucluğu və şinləri idman üslubunda olan aşağı klirensin fonunda gözəl görünən 22 düymlük çoxmilli disklər çox ekzotik görünür. “Aspire Design” şirkətinin avtomobilin interyerinin şəklini təqdim etməyib. Buna baxmayaraq, qeyd olunub ki, avtomobilin içində yeni dəri və karbon aksesuarlardan istifadə olunub.

AUTO.AZ



Şərhlər


AD