Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Superkar Acura NSX seriyalı oldu

“Acura” şirkəti rəsmən superkar “NSX”-in seriya versiyasını təqdim etdi. Yeniliyin ictimai təqdimat mərasimi Detroyt avtosalonunda keçirildi. Şimali Amerika və Honkonqdan başqa bütün bazarlarda “Honda” markası altında satılan birinci nəsil model 1990-2005-ci illərdə buraxılıb.

Kupeni tərkibinə oxların arasında yerləşən tvin-turbo V6 mühərriki, iki muftası olan doqquzpilləli sürət qutusu və üç elektrik mühərriki daxil olan hibrid güc qurğusu ilə təmin ediblər.

Elektrik mühərriklərdən biri transmissiya və daxili yanma mühərrikinin arasında yerləşir. Bu aqreqat sürətlənmə və sürətin dəyişdirilməsi zamanı arxa oxu hərəkətə gətirən DYM-nə kömək edir. Qalan iki elektrik mühərriki qabaq oxda yerləşir və təkərlərin hər birinin işinə cavab verir.

Superkar “Acura” alüminium, çox möhkəm polad və karbondan hazırlanmış çərçıvənin ətrafında düzəlib. Sonuncu materialdan konstruksiyanın döşəməsi hazırlanıb. “NSX”-in ban panelləri alüminium və presslənmiş poliefir təbəqənin uyğunlaşmasından (SMC) hazırlanıb. Bu detallar tökmə üsulu ilə əldə olunub.

Superkarın qabarit uzunluğu 4470 mm, eni 1940 mm, hündürlüyü isə 1215 mm-dir. Modelin oxları arasındakı məsafə 2630 mm-dir. Beləliklə, “NSX”-in seriya vesiyası prototipdən 80 mm uzun, 25 mm enli, və 15 mm hündürdür. Təkər bazasının ölçüsündəki fərq istehsala hazır versiyanın xeyrinə 20 mm təşkil edir.

“Acura NSX”-in idarəedici elektronikası dörd iş rejiminə malikdir: Quiet, Sport, Sport+ və Track. Onlar mühərrikin, transmissiyanın, şassi elementlərinin və qazçıxmanın işinin dəyişməsinə cavab verir.

Quiet rejimi superkarda yalnız elektrik dartı qüvvəsi ilə və qısa məsafələrə hərəkət etməyə imkan verir. Bundan başqa, kupe qabaqdan19, arxadan isə 20 düymlük təkər diskləri, ContiSportContact şinləri, həmçinin qabaqdan altıporşenli, arxadan isə dördporşenli mexanizmləri olan karbon-keramika əyləcləri ilə komplektləşdirilib.

“Acura NSX”-in satışları 2015-ci ilin sonlarında başlanacaq. Modelin ABŞ-da qiyməti 150 min dollar təşkil edəcək.

AUTO.AZ



teqlər:
Acura, Acura NSX 21.01.2015

Şərhlər


AD