Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche 911 Targa-nın güclü versiyasını göstərdi

“Porsche” şirkəti “911 Targa” modelinin ən güclü versiyası olan “4 GTS”-i təqdim etdi. Tam ötürücülü yeniliyi faydalı iş əmsalı 430 a.g. və 440 Nm fırlanma anı olan 3,8 litrlik altısilindrli mühərriklə komplektləşdiriblər.

“911 Targa 4 GTS”-in mühərriki yeddipilləli mexanika və ya iki muftalı robotlaşdırılmış PDK sürət qutusu ilə işləyə bilər. Birinci halda superkar “yüzü” 4,7saniyəyə yığacaq, belə avtomobilin sürəti saatda 303 km-ə çatacaq. Preselektivlə yenilik 100 km/saata 4,3 saniyəyə sürətlənəcək. Maksimal sürət 301 km/saatdır.

Yeni “Targa” başqa versiyalardan bir az dəyişilmiş qabaq bamper, “911 Turbo S” versiyasında olduğu kimi mərkəzi dayağı olan 20 düymlük təkər diskləri, baş işığının “tündləşdirilmiş” korpus fənərləri (əlavə məbləğə diodlu işıq texnikası əlverişlidir) və yanlarda yapışqanlarla fərqlənir.

“911 Targa 4 GTS”-in modifikasiyası adaptiv asılqan PASM və Sport Chrono idman paketi ilə komplektləşdirilib. Bundan əvvəl “Targa” 4 və 4S versiyalarında təklif olunub. Birinci 350 a.g. verən 3,4 litrlik mühərrik, ikincisi isə 400 a.g. verən 3,8 litrlik aqreqatla komplektləşdirilib.

AUTO.AZ



teqlər:
Porsche, Porsche 911 Targa 21.01.2015

Şərhlər


AD